Xalqı düşmənçiliyə çağıran modelyer həbs oluna bilər
Bizi izləyin

Magazin2

Xalqı düşmənçiliyə çağıran modelyer həbs oluna bilər

"Mənə səfalətin adını yaza bilərsənmi, Abidin?"

İstanbul Cumhuriyyət Baş Prokurorluğu tərəfindən məhşur modelyer Barbasos Şansal haqqında aparılan istintaq tədbirləri yekunlaşıb.

Publika.az xəbər verir ki, Şansalla bağlı hazırlanan iddianamədə onun "xalqı kin və düşmənçiliyə təhrik" cinayət əməlinə görə 1 ildən 3 ilə qədər azadlıqdan məhrum olunmağı tələb olunub.

İddianamədə modelyerin tvitləri yer alıb və sənəd baş prokurorluq tərəfindən təsdiqlənib.

Qeyd edək ki, Barbaros Şansal paylaşımında "mənə səfalətin adını yaza bilərsənmi, Abidin? Bu qədər jurnalist həbsdəykən, uşaqlar təcavüz görərkən, ölkədə korrupsiya, rüşvət baş alıb gedərkən siz hələ də yeni ili qeyd edirsiniz?" ifadəsini işlədib. (qafqazinfo)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm