“Ona kişi kimi baxmıram”
Bizi izləyin

Magazin2

“Ona kişi kimi baxmıram”

Çağla Şikel: “Alişana kişi kimi baxmıram”

Çağla Şıkel illərdir ki, dostluq etdiyi və birlikdə veriliş apardığı Alişana kişi kimi baxmadığını etiraf edib.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, model Arzu Hənifin dəfiləsindən sonra jurnalistlərə açıqlama verib. Çalğa Şikel Alişanla aralarında dostluq münasibətlərindən başqa heç nə olmadığını vurğulayıb: “Mən onu kişi kimi görmürəm”.

Jurnalistlər Çağla Şıkelə niyə belə sərt reaksiya verildiyini soruşanda model "Düşünürəm ki, aramızda həç nə olmayacağının ən dəqiq izahı budur!” deməklə kifayətlənib.

Məlumat üçün bildirək ki, Alişan bu yaxınlarda verdiyi müsahibədə məşhur aparıcı və model haqqında təxminən eyni sözləri bildirib. Çağla Şikeli qadın olaraq görmədiyini söyləyən Alişan “O mənim əsgərlik yoldaşım kimidir” deyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm