İNANILMAZ ŞOU: Hamilə olan Beyons səhnədə min oyundan çıxdı - FOTO/VİDEO
Bizi izləyin

Magazin2

İNANILMAZ ŞOU: Hamilə olan Beyons səhnədə min oyundan çıxdı - FOTO/VİDEO

Hamilə olan Beyionsdan İNANILMAZ SƏHNƏ ŞOUSU

Əkiz anası olmağa hazırlaşan Beyons “Qremmi 2017” mükafatlarının təqdim olunma mərasimində iştirak edib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, bu yaxınlarda hər kəsə əkiz anası olacağını elan edən 35 yaşlı ifaçı mükafat mərasimində yalnız tamaşaçı kimi deyil, həm də milyonlarla auditoriya qarşısında çıxış edib.

Dünən gecə pop diva səhnədə son albomundan olan “Limonade”, “Love Drought” mahnılarını ifa edib. Səhnəyə Beyons Hind ilahəsi şəklində çıxıb. Tamaşaçılar isə ana olmağa hazırlaşan ifaçını ayaq üstə gurultulu alqışlarla qarşılayıb. Bundan başqa, müğənninin stul üzərində akrobatik hərəkətlər etməsi diqqətdən qaçmayıb.

Yeri gəlmişkən müğənnini dəstəkləməyə ailə üzvləri də gəlib. Beyonsun əri Ceyzi isə tamaşaçıların həyat yoldaşına olan məhəbbəti qarşısında göz yaşlarını saxlaya bilməyib.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm