• USD 1,7000 0,00% EUR 1,9008 0,00%
    • GBP 2,1523 0,00% RUB 0,0262 0,00%

“Qremmi 2017”-nin əsas qalibləri - FOTOLAR

“Qremmi 2017”-nin əsas qalibləri - FOTOLAR

Dünən Los-Ancelesdə “Qremmi 2017” mükafatlarının 59-cu təqdim olunma mərasimi keçirilib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, bu ilki şou ilk həqiqətən böyük və gözlənilməz hadisələrlə yadda qalıb. Son 5 ildə ilk dəfə olaraq, mükafatlandırma mərasiminin aparıcısı dəyişib və 59-cu "Qremmi" mükafatlandırma mərasiminin aparıcısı kinoaktyor və komik Ceyms Korden olub. İndiyədək mərasimi hip-hop ifaçısı LL Cool J aparırdı.

Daha sonra tədbir Adelin səmimi “Hello” (Salam) mahnısı ilə başlayıb. Yeri gəlmişkən qeyd edək ki, müğənni əsas rəqibi - pop diva Beyonsu məğlub edərək bütün əsas kateqoriyalar üzrə qələbə qazanıb. Daha sonra isə Beyons, Keti Peri və Ledi Qaqa möhtəşəm səhnə performansı ilə hər kəsi coşdurub.

“Qremmi 2017” mükafatına layiq görülən qaliblərin tam siyahısı:

"İlin bəstəsi" – “Hello”, Adele

"İlin mahnısı" – “Hello”, Adele

"İlin ən yaxşı yeni artisti" – “Chance Rapper” qrupu

"İlin albomu" – “25”, Adele

"Ən yaxşı pop vokal performansı" – “Hello”, Adele

“Ən yaxşı pop vokal duet/qrup ifası” - “Twenty One Pilots”

"Ən yaxşı pop vokal albomu" - "25", Adele

"Ən yaxşı rok performansı" – “Blackstar”, Devid Boui

"Ən yaxşı rok mahnısı" – “Blackstar”, David Boui

"Ən yaxşı rok albomu" – “Tell Me I'm Pretty”, “Cage The Elephant”

"Ən yaxşı alternativ album" – “Blackstar”, David Boui

“Ən yaxşı R & B çıxışı" - “Cranes In The Sky”, Solanc Noulz

"Ən yaxşı ənənəvi R & B mahnısı" – “Angel”, Lala Heteuey

"Ən yaxşı R & B kompozisiyası" – “Lake By The Ocean”, “Maxwell”

"Ən yaxşı urban albumu" – “Lemonade”, Beyons

"Ən yaxşı R & B albomu" – “Lalah Hathaway Live”, Lala Heteuey

"Ən yaxşı reqqi albomu" – “Ziggy Marley”, Ziqqi Marley

"Ən yaxşı rəqs elektronik album" – “Skin”, “Flume”

"Ən yaxşı rep kompozisiyası" – “Hotline Bling”, Dreyk

"Ən yaxşı rep mahnısı" – “Hotline Bling”, Dreyk

"Ən yaxşı rep album" – “Coloring Book”, “Chance The Rapper”

"Ən yaxşı klassik vokal album" – “Shakespeare Songs”, Doroteya Roşmann və Yan Bostric

"Ən yaxşı musiqi videosu" – “Formation”, Beyons

"Ən yaxşı film musiqisi" – “The Beatles: Eight Days A Week The Touring Years”, “The Beatles”

"Ən yaxşı kantri artisti" - Maren Morris

“Ən yaxşı kantri mahnısı” – “My Church”, Maren Morris

"Film üçün ən yaxşı mahnı" – “Can't Stop The Feeling ”, Castin Timberleyk

Aytən

loading...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR