Britaniya şahzadəsinin xanımı zərifliyi ilə göz qamaşdırdı - FOTOLAR
Bizi izləyin

Magazin2

Britaniya şahzadəsinin xanımı zərifliyi ilə göz qamaşdırdı - FOTOLAR

Dünən Londonda Britaniya kinoakademiyasının mükafatlarının (BAFTA) 70-ci təqdim olunma mərasimi keçirilib.

Dünən Londonda Britaniya kinoakademiyasının mükafatlarının (BAFTA) 70-ci təqdim olunma mərasimi keçirilib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, mərasimdə Kembric hersoqu, şahzadə Uilyam və hersoginya Keyt Middlton, Emma Stoun, Meril Strip, Penelopa Kruz, Nikol Kidman və başqa ulduzlar iştirak edib. Qırmızı xalıdan keçən ulduzlar dəbdəbəbli ziyafət libasları ilə göz oxşayıb, xüsusilə Keyt Middlton "Alexander Mcqueen"-dın olan güllü paltarı ilə diqqət çəkib.

"Bafta"nın "Ən yaxşı film"i və ən çox mükafatlandırılan nominantı "La-La-Lend" myuziklı olub. Emma Stoun "Ən yaxşı aktrisa" nominasiyasında, Demyen Şazell isə "Ən yaxşı rejissor" nominasiyasında maska heykəlciyinə layiq görülüb. Həmçinin film "Ən yaxşı saundtrek", "Ən yaxşı operator işi" və "Ən yaxşı film" kateqoriyalarında mükafatlar qazanıblar.

Qaliblərin tam siyahısı belədir:

"Ən yaxşı film" - "La-La-Lend"

"Ən yaxşı Britaniya filmi" - "Mən Deniel Bleykəm"

"Xarici dildə ən yaxşı film" - "Saulun oğlu"

"Ən yaxşı rejissor" - Demyen Şazell, "La-La-Lend"

"Ən yaxşı aktrisa" - Emma Stoun, "La-La-Lend"

"Ən yaxşı aktyor" - Keysi Afflek, "Dəniz sahilində Mançester"

"Ən yaxşı ikinci plan aktrisası" - Viola Devis "Hasarlar"

"Ən yaxşı ikinci plan aktyoru" - Dev Patel, "Şir"

"Ən yaxşı adaptasiya olunmuş ssenari" - "Şir"

"Ən orijinal ssenari" - "Dəniz sahilindəki Mançester"

"Ən yaxşı britaniyalı ssenarist, rejissor və ya prodüser debütu" - Babək Ənvəri, "Kölgədə"

"Ən yaxşı sənədli film" - "On üçüncü"

"Ən yaxşı animasiya filmi" - "Kubo. Samuray barədə əfsanə"

"Ən yaxşı montaj" - "Vicdanla"

"Ən yaxşı vizual effektlər" - "Cəngəlliklərin kitabı"

"Ən yaxşı saundtrek"c- "La-La-Lend"

"Ən yaxşı Britaniya qısametrajlı filmi" - "Ev"

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm