Esra Erolun evlilik verilişində növbəti TƏRBİYƏSİZLİK - VIDEO
Bizi izləyin

Magazin2

Esra Erolun evlilik verilişində növbəti TƏRBİYƏSİZLİK - VIDEO

Esra Erolun verilişində növbəti tərbiyəsizlik

Evlilik verilişləri ilə bağlı qalmaqallar bitmək bilmir.

Publika.az "Milliyet"ə istinadən xəbər verir ki, Türkiyənin ATV kanalında yayımlanan Esra Erolun izdivac verilişinin ötən buraxılışında gərginlik yaşanıb.

Pamuk adlı qıza görə canlı yayımda dalaşan Umut və Arda bir-birinin ünvanına ağır ifadələr və təhqirlər yağdırıb. Bu səbəbdən də verilişin aparıcısı verilişi dayandırmaq məcburiyyətində qalıb.

Xatırladaq ki, Umutla Pamuk bir vaxtlar sözügedən verilişdə sevgili olub. Lakin yola getmədikləri üçün ayrılmağa qərar veriblər. Daha sonra Umut Gülşafak adlı qızla, Pamuk isə Arda adlı bəy namizədi ilə görüşməyə razılıq verib. Pamuku unutmadığını deyən Umutun Gülşafakdan ayrılıb köhnə sevgilisinə qayıtması ilə aləm qarışıb.

Onu da qeyd edək ki, dünən RTÜK evlilik verilişlərinə yüksək məbğəldə cərimə yazıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Oxumağa davam et
Reklam
Reklam

Gündəm