Həyat yoldaşından boşanan Rafel El Roman Sevgililər Gününü Bakıda keçirtdi - VİDEO
Bizi izləyin

Magazin2

Həyat yoldaşından boşanan Rafel El Roman Sevgililər Gününü Bakıda keçirtdi - VİDEO

Həyat yoldaşından boşanan Rafel El Roman Sevgililər Gününü Bakıda keçirtdi

2016-ci ilin sonlarında özündən 20 yaş kiçik olan həyat yoldaşından boşanan Rafet El Roman 14 fevral Sevgililər Gününü Bakıda qeyd edib.

Publika.az xəbər verir ki, türkiyəli müğənni Azərbaycanın məşhur restoranlarının birində konsert proqramı ilə çıxış edib. Konsertin aparıcılığı isə Lətafət Ələkbərova həvalə olunub. O, konsertdə yaşanan maraqlı anları sosial şəbəkədə paylaşıb.

Xatırladaq ki, məşhur müğənni dəfələrlə Bakının qonağı olub. O, hər gəlişində Azərbaycanı çox sevdiyini xüsusi vurğulayır. Ötən konsertində isə ifaçı Bakıda özümü vətənimdəki kimi hiss etdiyini bildirmişdi:

“Məndən hansı ölkəni sevdiyimi soruşanda, dərhal “Azərbaycan” deyirəm. Bəzən düşünürəm ki, kaş, Azərbaycanda azərbaycanlı doğulardım. O zaman əfsanə olardım. Məni daha yüksək zirvələrə qaldırardılar. Hərdən mənə elə gəlir ki, burada məni daha çox sevirlər. Buraya sevilən əsərlərimi və mahnılarımı gətirmişəm. İstəyirəm ki, bütün gözəl anlarımızı xatırlayaq".

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm