“Matriks”in qəhrəmanından acı ETİRAF - FOTOLAR
Bizi izləyin

Magazin2

“Matriks”in qəhrəmanından acı ETİRAF - FOTOLAR

“Matriks” filmi sayəsində milyonlar qazanan aktyorun acı hekyəsi

Kianu Rivz heç vaxt ata olmayacağını etiraf edib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, “Matriks” filmi sayəsində məşhurlaşan və milyonlar qazanan aktyor Britaniyanın “Esquire” jurnalının mart nömrəsinin qəhrəmanı olub. 52 yaşlı aktyor jurnala verdiyi müsahibədə ailə sahibi və ata olmaq istəmədiyini açıq şəkildə söyləyib: “Artıq çox gecdir. Hər şey bitdi. Mənim 52 yaşım var, daha ata olmaq fikrində deyiləm”.

Jurnalist aktyora 73 yaşında ata olan Mik Caqqeri nümunə göstərib fikrindən daşındırmağa çalışsa da, cəhdləri puça çıxıb. Belə ki, Kianu gec yaşda ata olmağın əleyhinə olduğunu qeyd edib.

Xatırladaq ki, o, uşaqkən ailəsində bir çox problemlər yaşayıb. Kianunun 3 yaşı olanda atası ailəsini tərk edib, sonradan onu narkotik satışına görə həbs ediblər. Aktyor anası və bacısı ilə birlikdə Avstraliyaya, ABŞ və sonda Kanadaya köçüb. Bu müddət ərzində aktyorun anası bir neçə dəfə ərə gedib. Kianu tez-tez məktəbləri də dəyişməli olub, bu da onun qiymətlərinə mənfi təsir edib. O, uşaqlıqda xokkeyçi olmaq istəsə də, aldığı zədə arzusunu reallaşdırmasına mane olub.

1999-cu ildə sevgilisi Cennifer Saym avtomobil qəzasında dünyasını dəyişib. Bu hadisədən əvvəlsə yaraşıqlı aktyorun sevgilisi hamiləliyinin son ayında uşağını itirib. O vaxtdan bəri Rivzin heç bir qadınla ciddi münasibətləri olmayıb. Daha dəqiq desək, o, aşiq olmaq qabiliyyətini itirib. O hesab edir ki, bu dünyada başqa ikinci yarısı mövcud deyil.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm