Keçmiş pilot fitnes modeli oldu - - FOTO/VİDEO
Bizi izləyin

Magazin2

Keçmiş pilot fitnes modeli oldu - - FOTO/VİDEO

ABŞ Hərbi Hava Qüvvələrinin pilotu fitnes-modeli olub.

ABŞ Hərbi Hava Qüvvələrinin pilotu fitnes modeli olub.

Amerikanın Florida ştatının sakini Xoup Xovard cəmiyyətə faydalı ola biləcək peşəyə sahib olmaq istəyib. Məktəbi başa vurduqdan sonra Xovard ABŞ-ın Hərbi Hava Qüvvələri sırasına daxil olur. Cazibədar pilot bununla cəmiyyətə düşündüyü qədər faydalı ola bilməyəcəyini anlayıb və fəaliyyət növünü tamamilə dəyişib. O artıq fitnes-modeli kimi tanınır.

Publika.az xəbər verir ki, Xovardın fikirlərinə görə, insanlara güclü və gözəl olmaqda kömək ola bilmək onu xoşbəxt edir. Hələ bu harasıdır? 570 mindən çox izləyicisi olan Xovardı İnstaqram sosial şəbəkəsində özünə kumir hesab edənlər belə var.

Xovardı pilotluqdan fitnes-modelliyə gətirən maraqlı tarixçəsi var. Beləki, 19 il Əfqanıstanda xidmət edən Xovard bu illərdə çox şey qazandığını və qərarını da məhz bu çətin xidməti zamanında verdiyini deyib.

Əfqanıstanda xidmətini başa vurub ABŞ-a qayıdan Xovardın ailəsində ağır itki baş verib. Nənəsini itirən cazibədar pilot onun "hər zaman arzularının ardınca get" sözlərini xatırlayıb və hərbi kariyerasına son verərək modellik fəaliyyətinə başlayıb.

Fotolardakı bədən ölçülərinə nail olmaq üçün Xovard 4 il məşq edib. 26 yaşında arzuladığı bədən quruluşuna sahib olan pilot-model izləyicilərini məftun edib.

Onlayn məşqlərdən gəlir əldə edən Xovardın məsləhətlərindən 3 yolla faydalanmaq olar:

1. Yutub kanalına abunə olaraq yeni videoları izləmək və göstərilən hərəkətləri evdə tətbiq etmək.

2. Şəxsi saytında hazırladığı müxtələf fitnes-bələdçisi proqramlarından birini almaqla.

3.Xovardın onlayn tələbəsi olmaq. Sizə tərtib etdiyi pəhriz və fitnes planına riayət etməklə istəfiyiniz bədən ölçülərinə sahib olacaqsız.

Bu gün istər internet üzərindən, istərsə də fitnes zallarda xidmət verən məşqçilərin sayı həddən çoxdur. İnsanlar, əlbəttə ki ideal bədən quruluşuna malik olmaq istəyirlər. Lakin kimə müraciət etmələri mövzusunda tərəddüd edirlər.

Xovard deyir ki, mən insanlara gözəl bədən quruluşunu təklif etmişəm artıq. "Bu, mənəm. Buna özüm nail olmuşam. Əgər onlar özlərində bu cür dəyişim etmək istəyirlərsə, onlara əlimdən gələn köməyi etməyə hazıram. Həyatda sağlamlıqdan, gözəllikdən və bu iki nüansın vəhdətindən doğan ideal bədən quruluşundan önəmli heçnə ola bilməz".

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm