Qaradərili, yaşıl gözlü cazibədar model özünü asdı - FOTOLAR
Bizi izləyin

Magazin2

Qaradərili, yaşıl gözlü cazibədar model özünü asdı - FOTOLAR

Məşhur model Raudha Atif Banqladeşdə təhsil aldığı universitetin yataqxanasında özünü asaraq intihar edib.

Publika.az xarici mətbuata istinad xəbər verir ki, Maldiv adalarında doğulub böyüyən 21 yaşlı model İslam Bank Tibb Universitetində təhsil alıb. 2-ci kusrda oxuyan modelin özünü yaylığı ilə asdığı məlum olub.

Universitet rəhbərliyinin “Daily Star” qəzetində verdiyi məlumata görə, Atif hər zaman çox xoşbəxt görünüb və şən qız olub.

Banqladeş polisinin verdiyi məlumata görə, qızın tələbə yoldaşları otağa girməyə çalışdıqda, qapının içəridən bağlı olduğunu görüb. Qapını qırıb içəri girəndə onlar qızın tavanda yaylıqdan asılmış meyiti ilə rastlaşıb. Tələbə yoldaşları bunun intihar olduğuna inanmadığını deyib. Hazırda araşdırma aparılır.

Yaşıl gözləri və qara dərisi ilə diqqət çəkən Raudha Atif bir neçə il əvvəl “Vogue” jurnalının Hindistan versiyasının üz qabığında yer alıb.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm