Bu qoca üçün növbəyə duran MƏŞHURLAR
Bizi izləyin

Magazin2

Bu qoca üçün növbəyə duran MƏŞHURLAR

Diqqəti özünə çəkib.

Çində 81 yaşlı qoca modelliyə başlayaraq dünyanın diqqətini özünə çəkib.

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Van Deşun adlı qocanın modellik karyerası təsadüfən başlayıb. Çin Moda Həftəsinə hazırlaşan modelyer hardansa qocanın şəklini görüb və cavanların da həsəd aparacağı bu bədənin sahibini tanıtmaq istəyib.

Moda həftəsində bir anda məşhurlaşan qocanın şəkilləri internetdə milyonlarla baxışı cəlb edib. Tezliklə yaraşıqlı təqaüdçü dünyada tanınıb. Hazırda Van Deşunla işləmək istəyən bir çox modelyer növbə gözləyir.

Deşun 1936-cı ildə Çinin şimal-şərqində doğulub. 14 yaşında tramvay konduktorluğuna başlayan Deşun incəsənətə maraq göstərib. Mədəniyyət mərkəzlərində rəqslə məşğul olub, xora gedib. Sonralar aktyorluq dərsləri də alıb və nəhayət məşhur olmaq üçün paytaxta gəlib. Burada o, radioda çalışıb, filmlərdə epizodik rollara çəkilsə də arzuladığı məşhurluğa çata bilməyib. Nəhayət 60 ildən artıq gözlədiyi şöhrət özü onu tapıb.

Şəfiqə ŞƏFA

Oxumağa davam et
Reklam
Reklam

Gündəm