Baş nazirdən müğənnilərə SƏRT XƏBƏRDARLIQ - FOTO
Bizi izləyin

Magazin2

Baş nazirdən müğənnilərə SƏRT XƏBƏRDARLIQ - FOTO

Türkiyənin baş naziri Binəli Yıldırım sənətçilərlə görüşdə onlara xəbərdarlıq edib.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, baş nazir referendumda iştirakın yüksək olması üçün sənətkarlardan dəstək istəyib:

"Siz də ölkənin həyatında rol oynayan, həyatımızı zənginləşdirən sənətkarlar olaraq şübhəsiz ki, bu referendumda rəylərinizi istifadə edəcəksiniz. Mən hər kəsi bu demokratik vəzifəni mütləq yerinə yetirməyə dəvət edirəm. Bu mühüm məsələdə demokratik iştirakın ən yüksək səviyyədə olmasını, sizin də ictimai həssaslığı artıran töhfələrinizi xüsusilə gözləyirik".

Nazir sənətkarları hər zaman dəstəklədiyini ifadə edib:

"Hökumət olaraq bizim inkişaf perspektivimiz heç vaxt iqtisadiyyatla məhdudlaşmayıb. Türkiyənin gücünə, mədəni irsinə uyğun olaraq, mədəniyyət və incəsənət sahəsindəki inkişaf da eyni dərəcədə vacib idi. İqtisadi inkişafını, bəşəri və mədəni inkişafla bütünləşdirməyən ölkələrin gücünü davam etdirmək şansları yoxdur. Bir daha ifadə etmək istəyirəm ki, hökumət olaraq hər zaman sənət və sənətkarın yanında olacağıq. Hakimiyyətimiz ərzində mədəniyyət və incəsənət tədbirlərinə xüsusi əhəmiyyət verdik. Eləcə də xaricdə baş tutan bir çox layihəni dəstəklədik. Ulu babalardan bizə miras qalan əsərlərin bərpa edilməsi işlərinə sürətlə davam edirik. Bu günə qədər Türkiyə və Osmanlı coğrafiyasında mədəni irsimiz olan 5 min əsəri bərpa etdik".

Binəli Yıldırım referendurumda iştirakın əhəmiyyətini xüsusi vurğulayıb:

“Bizim üçün hər bir insanımız çox əhəmiyyətlidir, hər bir insanımızın fikri, hissiyatı çox önəmlidir. Sandıqdan çıxan hər səs, hansı rəngdə olmasından asılı olmayaraq, bu ölkəyə, bu millətə məxsusdur. Türkiyə üçün bu dəyişikliyin həyatı dərəcədə olduğuna, millətimizin də bu istiqamətdə qərar verəcəyinə inanırıq. Bunun üçün də intensiv kampaniya prosesi aparırıq”.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm