“Kara Sevda”nın izləyiciləri ŞOK OLDU: TV-də bir ilk
Bizi izləyin

Magazin2

“Kara Sevda”nın izləyiciləri ŞOK OLDU: TV-də bir ilk

Baş vermiş hadisəyə etiraz edib.

Çərşənbə günləri “Star TV”-də yayımlanan “Kara Sevda” serialının son bölümündə meydana gələn səhvə tamaşaçılar üsyan edib.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, baş rollarda Burak Özçivit və Neslihan Atagülün oynadığı “Kara Sevda” serialının son hissəsindəki səhv sosial mediada əks-səda doğurub.

Məsələ ondadır ki, serial reklam fasiləsindən sonra qaldığı yerdən təxminən 40 dəqiqə əvvələ qayıdaraq davam edib. Eyni səhnələri yenidən izləmək məcburiyyətində qalan tamaşaçılar sosial şəbəkədə baş vermiş hadisəyə etiraz edib. Telekanal isə bir müddət bu səhvin fərqinə varmayıb və hələ ki, bu barədə heç bir açıqlama verməyib.

Bəzi iddialara görə, kanalın bu addımı 97 ssenari müəllifinin serialların 2 saatdan çox davam etməsinə etiraz edib, tətil elan etməsindən qaynaqlanır.

Aytən

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Oxumağa davam et
Reklam
Reklam

Gündəm