Riki Martin homoseksual rolunda çəkilir
Bizi izləyin

Magazin2

Riki Martin homoseksual rolunda çəkilir

Riki Martin özü homoseksual olduğunu 2010-cu ildə bəyan etmişdi.

Dünya şöhrətli müğənni Riki Martin kriminal seriala çəkilir.

Publika.az xəbər verir ki, o, “Amerikada cinayət tarixçəsi” adlı serialın 3-cü sezonundan etibarən heyətə daxil ediləcək. Həm də əfsanəvi modelyer Canni Versaçenin sevgilisi – stilist Antonio Domiko rolunda oynayacaq.

Serialda Martinin tərəf müqabillərindən biri tanınmış aktrisa Penelopa Krus olacaq.

Qeyd edək ki, serial gerçək hadisələr üzərində qurulub. Bu günə qədər ABŞ-da baş vermiş ən qalmaqallı olaylar, cinayət hadisələri canlandırılır.

Riki Martin özü homoseksual olduğunu 2010-cu ildə bəyan etmişdi.

Şəfiqə ŞƏFA

Oxumağa davam et
Reklam
Reklam

Gündəm