• USD 1,7000 0,00% EUR 2,0120 0,00%
    • GBP 2,2300 0,00% RUB 0,0232 0,00%

50 yaşında ana olan müğənni milyarder həyat yoldaşından boşandı - FOTOLAR

  • Magazin2
  • 10 Aprel 2017 09:34
  • 1 355 Baxış
50 yaşında ana olan müğənni milyarder həyat yoldaşından boşandı - FOTOLAR

Dünyaca məşhur müğənni Maykl Ceksonun bacısı Canet Cekson üçüncü həyat yoldaşından da boşanıb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, yanvar ayında, 50 yaşında ilk dəfə ana olan qaradərili müğənni qətərli milyarder iş adamı Uissam əl Manatdan ayrılmağa qərar verib.

Cütlük boşanma səbəbi kimi evliliklərinin uğursuz olduğunu göstərib. 50 yaşında oğul anası olan müğənni təzyiqlərə, həyatının məhdudlaşdırmasına və bağlı qapılar arxasında yaşamağa daha çox dözməyəcəyini bildirərək ərindən ayrılıb.

Canet Cekson əvvəlki iki evliliyini bitirmək üçün də olduqca böyük miqdarda təzminat ödəyib.

Canet Cekson 800 milyon sterlinlik (təxminən 1, 7 milyard manat) sərvətiylə dünyanın saylı zənginləri arasında yer alan qətərli iş adamı ilə 2012-ci ildə ailə qurub. Canet milyarderlə evləndikdən sonra səhnə karyerası ilə birdəfəlik vidalaşıb hicaba keçmişdi.

Aytən

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR