Evlilik verilişindəki Azərbaycanlıların növbəti BİABIRÇILIĞI: daha bir həmyerlimiz... - - VİDEO
Bizi izləyin

Magazin2

Evlilik verilişindəki Azərbaycanlıların növbəti BİABIRÇILIĞI: daha bir həmyerlimiz... - - VİDEO

Bu da oldu

Zuhal Topalın verilişinə daha bir azərbaycanlı model qalmaqalları ilə məşhur olan Naz Mila adlı iştirakçıya elçi düşüb.

Publika.az xəbər verir ki, kliplərdə və seriallarda çəkilən Elmir İsmayılov adlı azərbaycanlı model Naza qarşı dərin hissləri olduğunu deyib.

Naz Milanın keçmiş azərbaycanlı sevgilisi Əli Əkbər isə Elmirlə yaxından tanış olduğunu və studiyada onu görəndə şok keçirdiyini etiraf edib. Elmir isə Əlinin dediklərini inkar edərək onunla sadəcə uzaqdan tanıdığını bildirib.

Naz Elmirin ona elçi düşməsinə Əlinin kəskin reaksiya verməsini anlmadığını bildirib. Əli isə reaksiyasını Elmiri görəndə sadəcə təəccüb hissi keçirdiyini bildirib.

Elmir dünənki verilişdə Əlinin bir vatxlar onun sevdiyi qızla görüşdüyünü iddia edib, hətta şəkillərinin olduğunu deyib. Əli isə Elmirin həmin qıza qarşı dərin hissləri olduğunu bildiyini və dostunun bəyəndiyi biri ilə heç vaxt münasibət qurmadığını vurğulayb: “O qız məni sevirdi və tez-tez haqqımda Elmirə suallar verirdi. Bu səbəbdən də Elmir günahım olmadığı halda mənə kin bəsləyib. İndi heyfini çıxmaq üçün Naza elçi düşüb. Qızın ona hədiyyə etdiyi də üzüyü barmağından çıxarmırdı”.

Elmir verilişə qatılmsı haqqında sosial şəbəkədə status yazıb: “Seriallara çəkiləndə dedilər ki, “Nə gündə oynayır, aktyorluq qabiliyyəti yoxdur”. Klipə çəkiləndə də klipi it gününə qoyduğumu söylədilər. Halbuki çəkildiyim klip artıq 60 milyon dəfə izlənib. Reklamda oynayanda isə dedilər ki, “O nə rekalmdır?”. İndi də proqrama çıxdığıma görə tənqid edirlər. Siz Allah nə edək? Nə edək ki, siz bəyənəsiz? Mənə gələn türk qardaşların mesajları çox ləzzət edir. "Öz millətinizi bu qədər sevmirsiz? , - deyə yazırlar. Hamı görür ki, biz bir-birimizi yeyirik. Bəsdirin, əliniz çatmırsa, edə bilmirsizsə, yerimizdə oturun”.

Məlumat üçün bildirək ki, Naz Mila verilişdə Baha adlı türk vətəndaşı ilə 2 gün nişanlı qalıb. Bundan başqa, bir dəfə evli olan Nazın bir qızı var.

İddialara görə, Türkiyədəki evlilik verilişlərində baş verənlərin hamısı qurma oyundur. Bəy və gəlin namizədləri isə verilişin daha çox reytinq toplaması üçün süni qalmaqallar yaradır və bunun müqabilində pul alır.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm