Neslihan Atagülün hamiləlik SEVİNCİ - FOTO
Bizi izləyin

Magazin2

Neslihan Atagülün hamiləlik SEVİNCİ - FOTO

Keçən ilin iyul ayında evlənən Neslihan Atagül ilə Kadir Doğulunun instaqram yazışmaları fanatlarını həyəcanlandırıb.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Neslihan Atagül dünən həyat yoldaşı Kadir Doğulunun fotosunu instaqram hesabından paylaşıb. O, fotoya "Qəhrəman! Səni sevirəm" , - deyə qeyd edib.

Kadir Doğulu isə xanımının bu sözlərinə "Səni sevirəm. 2 körpə" yazaraq cavab verib.

"2 körpə" sözlərinin Neslihanın hamiləliyinə dair işarə olduğu irəli sürülüb. Cütlük bu barədə heç bir açıqlama verməyib.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm