• USD 1,7000 0,00% EUR 2,0061 +0,73%
    • GBP 2,2185 +0,22% RUB 0,0231 0,00%

Prezident qızının açıq-saçıq görüntüləri QIRĞIZISTANI BİR-BİRİNƏ QATDI - FOTOLAR

  • Magazin2
  • 13 Aprel 2017 11:15
  • 9 833 Baxış
Prezident qızının açıq-saçıq görüntüləri QIRĞIZISTANI BİR-BİRİNƏ QATDI - FOTOLAR

Qırğızıstan prezidentinin qızının fotoları ölkəni bir-birinə qatıb.

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Qırğızıstan prezidentinin qızı Aliyə Şaqiyeva uşağını əmizdirən yerdə çəkilmiş fotosunu instaqramda paylaşıb. Sosial şəbəkə istifadəçiləri prezident qızının bu hərəkətinə bərk qəzəblənib. Bir qrup onu intim xarakterli foto paylaşmaqda ittiham edib, digər qrup isə şəklini bəyəndiyini qeyd edib.

Buna cavab olaraq Aliyə dünən axşam daha açıq foto paylaşıb və yazılanlara münasibət bildirib. Prezident qızının statusunu olduğu kimi təqdim edirik.

"Bu statusda mən iki səhvlə bağlı düşüncələrimi bölüşmək istəyirəm. Birinci səhv: qadın sinəsinin cinsəlləşdirilməsi. İkinci səhv: valideynləri yüksək vəzifədə çalışan insanlar arasında ayrı-seçkilik.

Qadın sinəsi - bədəninin mühüm funksiyası (uşağı bəslənmək) olan bir hissəsidir, heç cür seks obyekti deyil. Qadın sinəsi bizim çoxumuzun hesab etdiyi kimi kobudluq və ədəbsizlik mövzusu ola bilməz. Artıq çoxdandır ki, insanlar onun əsl yaradılma səbəbi barədə unudub və kişilərin göz məmnuniyyəti predmetinə çeviriblər.

Cəmiyyət qadın sinəsini cəlbedicilik və seksuallıq predmetinə çevirir, sonra isə sinəsini böyütmək üçün plastik cərrahiyyə üçün müraciət edən qadınları pisləyir.

Cəmiyyət qadın sinəsini qürur və seksuallıq predmetinə çevirir, sonra isə sinəsi ilə övlad böyütmək iqtidarında olanları toyuq adlandırır.

Cəmiyyət deyir ki, analıq gözəldir, amma uşağına süd verən qadın görəndə “Fu, utanmır” deyir. Qəribədir, deyilmi?

Körpəm acanda mən istənilən yerdə sinəmi açıb ona süd verəcəyəm. İstər ictimai parkda, istər ticarət mərkəzində, maşın salonunda və ya skamyada fərqi yoxdur. Mən uşaqlarını rahatlıqla əmizdirə bilməyən analar üçün örnək olacağam, hansı ki, köhnə patriarxal cəmiyyətin dar çərçivələrinə sıxışdırılıblar".

Xatırladaq ki, Aliyə Şaqiyeva ötən ilin sentyabrında əslən rusiyalı olan proqramçını Konstantin Ryazanovla ailə qurub. Bu il martın 20-də onların Tahir adlı oğlulları anadan olub.

Aytən

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR