Hadisədən milyarder oğlunun sevgilisinə SƏRT CAVAB
Bizi izləyin

Magazin2

Hadisədən milyarder oğlunun sevgilisinə SƏRT CAVAB

Hər sözə veriləcək cavabım var.

Hadisə türkiyəli milyerderin oğlu Hakan Sabancının keçmiş sevgilisi Aslışah Alkoçlara sərt cavab verib.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Hadisə sosial şəbəkədə kraliça tacının fotosunu və Mövlananın “Susmaq alicənablıqdır. Hər sözə veriləcək cavabım var. Lakin ilk növbədə sözə baxaram sözdürmü, bir də söyləyənə baxaram ki, adamdırmı deyə" sözlərini paylaşıb.

İddialara görə, müğənni bununla da bu yaxınlarda Hakan Sabancının keçmiş sevgilisinin jurnalistlərə onun haqqında dediklərinə cavab verib.

Aslışah Alkoçlar isə keçmiş sevgilisi Hakan Sabancı ilə adı hallanan Hadisə haqqında bunları demişdi:

“Müzakirə aparmaq istəmirəm, lakin türk müğənnilərin tərzlərini elə də bəyənmirəm. Marka olan paltarın loqolarını gözə soxurlar”.

Xatırladaq ki, Hadisənin Hakan Sabancı ilə sevgili olduğu deyilir. Müğənni milyarder oğlunun doğum günündə "Ölürüm sana" adlı mahnı ifa edib.

Hadisə ilə Aslışah Alkoçlar arasındakı gərginliyin Demet Akalına necə təsir edəcəyi də maraq doğurub. Belə ki, Hadisənin çimərliyində bu yay konsert verməyə hazırlaşan Demet Akalın ötən günlərdə Aslışah Alkoçlarla görüşmüş və geyimlərini artıq ona əmanət etdiyini açıqlamışdı.

Aytən

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Oxumağa davam et
Reklam
Reklam

Gündəm