Məşhur türk müğənnisi vəfat etdi
Bizi izləyin

Magazin2

Məşhur türk müğənnisi vəfat etdi

Müğənninin cənazəsi sabah Ortaköy Məzarlığında dəfn ediləcək.

Türkiyənin tanınmış sənət musiqisi ifaçısı Handan Kara 78 yaşında dünyasını dəyişib.

Publika.az Türkiyə mətbuatına istinadən bildirir ki, Handan Kara uzun müddətdir ki, xəstəlikdən əziyyət çəkirmiş.

Müğənninin cənazəsi sabah Ortaköy Məzarlığında dəfn ediləcək.

1939-cu ildə İstanbulun Bakırköy ərazisində doğulan sənətçi ötən əsrin 70-ci illərində şöhrət qazanıb. Əsasən Yeşilçam filmlərinin musiqisini səsləndirib. Bundan başqa, 1971 və 1972-ci illərdə çəkilmiş "Ver Allahım Ver" və "İşte Deve, İşte Hendek" adlı filmlərdə özünü aktrisa kimi sınayıb.

Şəfiqə ŞƏFA

Oxumağa davam et
Reklam
Reklam

Gündəm