Məşhur aktrisanın sevgilisinin gözü önündə özünü doğradı - - FOTOLAR
Bizi izləyin

Magazin2

Məşhur aktrisanın sevgilisinin gözü önündə özünü doğradı - - FOTOLAR

Seda Tosun ayrılmaq istədiyi sevgilisinin gözü qarşısında özünü doğramağa çalışdığını etiraf edib.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Möcüzə” filmiylə məşhurlaşan gənc aktrisa kolleksioner sevgilisi Gökhan Sevən ilə münasibətlərindən danışıb. O, Gökhan Sevenin haqqında dediyi “Daim məndən pul istəyir, hər ay evinin kirayəsini mən ödəyirdim. Münasibətimiz maddiyyata bağlı idi. O, rəsmən pul ovçusudur" açıqlamasına cavab verib.

Məşhur aktrisa Gökhanın dediklərini təkzib edib: “Yalandır, onu tərk etdiyim üçün çox qəzəblidir. Günlərdir mənə zəng edir, cavab vermirəm. Sonuncu dəfə məni “Xəbərlərdə görərsən” deyərək təhdid etdi, başa düşmədim. Deməli, bunu nəzərdə tutub. Münasibətimiz heç 2 ay davam etməyib. Hər zaman təhdid edirdi. Bu səbəbdən də ayrılmağa qərar verdim. Aramızda heç vaxt pul söhbəti olmayıb. O, İzmirdə yaşayır. Həmişə aktrisa sevgilisinin olmasını istədiyini söyləyərdi. Hazırda mənim sayəmdə məşhur olmağa çalışır. Ayrılmaq istədiyimi dediyim zaman, gözümün qabağında özünü doğradı. Bədəninin hər yeri kəsik-kəsikdir. Bunu görəndə çox sarsıldım və ayrıldım".

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm