Serenay Sarıkaya ilə sevişən aktyor: “Bu vəzifə müqəddəsdir” - FOTOLAR
Bizi izləyin

Magazin2

Serenay Sarıkaya ilə sevişən aktyor: “Bu vəzifə müqəddəsdir” - FOTOLAR

Məmməd Günsür erotik səhnələri sayəsində izlənmə rekordları qıran “Fi” serialı haqqında danışıb.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Məmməd Günsür sözügedən serialda baş rolu qəbul etməsini onun 60 dəqiqəlik olması ilə izah edib.

- "Fi"nin hansı xüsusiyyətləri sizi cəlb etdi?

- “Fi”nin Türkiyədə o qədər də görməyə vərdiş etmədiyimiz hekayədən bəhs etməsi, habelə pulsuz rəqəmsal platformada yayımlanacaq ilk 60 dəqiqəlik serial olması məni çox cəlb etdi. Bu serialın ilk növbədə bütün bazar üçün yeni bir qapı açmasını istəyirik. Çünki gördüyümüz işin əslində daha mühüm vəzifəsi var. Bu vəzifənin çox müqəddəs olduğuna inanıram. Bu serial bazarda artıq 60 dəqiqə davam edən, ssenari müəllifini, rejissorunu, aktyorunu və tamaşaçısını daha ağıllı olmağa məcbur edən bir işdir.

- “Fi”-dəki Dəniz xarakterinə hazırlanırsınız?

- Dənizi canlandırmaq üçün əvvəlcə onun fikirlərini anlamağa çalışmaq lazımdır. Həyata, sənətə, sənətkara və sistemə qarşı özünəməxsus baxış bucağı var. Bu dünyagörüşü əslində mənim sənətə olan münasibətimdən fərqli deyil. Bir tərəfdən də təbii ki, musiqinin rolu böyükdür. Mənim həyatımda da musiqinin ayrı yeri var.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm