Modelləri künc-bucağa sıxışdıran MƏŞHUR – FOTOLAR
Bizi izləyin

Magazin2

Modelləri künc-bucağa sıxışdıran MƏŞHUR – FOTOLAR

Modelləri kimliyindən asılı olmadan...

Nyu Yorkun məşhur Metropoliten muzeyində dünya şöhrətli fotoqraf İrvinq Pennin sərgisi açılıb. Sərgi fotoqrafın 100 illiyinə həsr olunur.

Onu XX əsrin ən fərqli və özünəməxsus fotoqrafı hesab edirlər və bunda haqlıdırlar. Məsələn İrvinq ilk dəfə olaraq fotolarda ağ-qara təsvirin monotonluğundan istifadə edib. Bundan başqa o, modellərini daha çox künc-bucağa sıxışdırmağı sevirdi. Onun fikrincə, dar məkan təsviri daha baxımlı edir, çünki model özünü tələyə düşmüş kimi sanır. Həm də o, modelləri kimliyindən asılı olmadan diksindirməyə üstünlük verirdi, belə ki, üzündə qorxu ifadəsi modeli daha cazibəli göstərirdi.

İrvinq Penn daha çox qəbilələri, onların qəribə görünüşlü insanlarını çəkməyi sevirdi. Amma məşhur rəssam Pablo Pikasso, aktrisa Marlen Ditrix də onun foto toplusunun incilərindəndir.

Publika.az İrvinq Pennin seçmə fotolarını təqdim edir:

Şəfiqə ŞƏFA

Oxumağa davam et
Reklam
Reklam

Gündəm