• USD 1,7000 0,00% EUR 2,0003 0,00%
    • GBP 2,2056 0,00% RUB 0,0234 0,00%

Dünyanın ən nüfuzlu məşhurları üçün əyləncə gecəsi - FOTOLAR

  • Magazin2
  • 26 Aprel 2017 20:45
  • 747 Baxış
Dünyanın ən nüfuzlu məşhurları üçün əyləncə gecəsi - FOTOLAR

“Time” jurnalı hər il "Dünyanın 100 ən nüfuzlu insanları" xüsusi reytinqini dərc edir.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, ən yaxşılar sırasına ilk növbədə siyasi və ictimai xadimlər, biznesmenlər, həmçinin mədəniyyət, moda, kino ulduzları da daxildir. Tanınmışlar üçün bu siyahıda yer almaq böyük şərəfdir.

“Time” ənənəvi reytinqini dərc etdikdən sonra Nyu-Yorkda Linkoln mərkəzində “100 Gala” əyləncə gecəsi təşkil edib. Tədbirdə Rayan Reynolds, Bleyk Layvli, Eşli Qrim, Krissi Teyqen, Naomi Kempbel və başqaları iştirak edib. Rayan Reynolds və Bleyk Layvli cütlüyü gecənin ulduzları olub. Onlar özünü sərbəst aparmağa çalışıb və fotoqraflara çoxlu poza veriblər.

Eşli Qrem da dəvətlilər sırasında idi. Kök model isə hündür daban ayaqqabılarla üçün müvazinətini saxlaya bilməməsi və az qala yıxılması ilə yadda qalıb.

Aytən

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR