Stil verilşinin məşhur iştirakçısı: “Heç bir türk kişisinin...”
Bizi izləyin

Magazin2

Stil verilşinin məşhur iştirakçısı: “Heç bir türk kişisinin...”

“İşte benim stilim” verilişinin məşhur iştirakçısı Bahar Candan heç bir türk kişisinin əlindən tutmadığını etiraf edib.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bacısı Nihal ilə Eser Yenenlerin villasından çıxarkən görüntülənən Bahar Candan qalmaqallı gecədən danışıb. Gənc televiziya ulduzu Castin Biberə aşiq olduğunu bildirib. O gecə dostları ilə dondurma yeməyə getdiyini deyən Bahar haqqında yazılanlardan gileylənib:

"İnsanların mənim haqqımda danışmasını istəmirəm. Mən Castin Biberə aşiqəm. Heç bir türk kişisinin əlini tutmamışam. Həyatımda bu qədər aşağılandığımı xatırlamıram. Onlar mənim də, bacımın da qardaşlarıdır. Onlara çox hörmət edirəm. Xahiş edirəm böyüməməyimə icazə verilsin. Anam, atam, bacım və mən pərişan vəziyyətdəyik. Çox balacayam və vəkil olacam. Xahiş edirəm ki, heç kim gələcəyimə kölgə salacaq açıqlamalar verməsin. Hər kəs əlini vicdanına qoysun".

Qeyd edək ki, Murad Boz yaxın dostu və məşhur aparıcı Eser Yenenler gecə klubundan Bahar və Nihal Candan bacıları ilə çıxarkən görüntülənib. Bu hadisədən sonra Murad Bozla Aslı Enverin ayrıldığı irəli sürülüb.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm