“Eurovision”da səsvermənin nəticələri - VİDEO
Bizi izləyin

Magazin2

“Eurovision”da səsvermənin nəticələri - VİDEO

Növbəti yarışmanın hansı ölkədə keçiriləcəyi məlum oldu

Mayın 13-də Kiyevin Beynəlxalq Sərgi Mərkəzində keçirilən “Eurovision-2017” mahnı müsabiqəsinin qalibi müəyyən edilib.

“Eurovision 2017” mahnı müsabiqəsinin birincisi bu ilki təmsilçilər arasında Portuqaliya təmsilçisi Salvador Sobral olub. O, Amar Pelos Dois mahnısını ifa edərək, 758 xalla birincilik əldə edib. Azərbaycan təmsilçisi Diana Hacıyeva isə 120 xal toplayaraq müsabiqədə 14 yeri tutub.

Qeyd edək ki, İtaliya və Portuqaliya Azərbaycana 12 xal verib. Gürcüstan və Yunanıstan Azərbaycana 10 xal, San-Marino, Moldova, Bolqarıstan 5 xal, Ukrayna 6 xal, Macarıstan və Belçika 4 xal, Albaniya 2 xal, İrlandiya, Kipr, Polşa isə 1 xal verib. Ümumilikdə münsiflər tərəfindən Diana Hacıyevaya 78 xal verilib.

Tamaşaçı səsverməsi Azərbaycana 42 xal gətirib. Beləliklə, Azərbaycan təmsilçisi Diana Hacıyeva müsabiqədə 120 xal toplayıb.

Azərbaycan 8 balı Portuqaliyaya, 10 balı Moldovaya, 12 balı isə Belarusa verib.

Portuqaliya 758, Bolqarıstan 615 və Moldova 374 xalla “Eurovision 2017” mahnı müsabiqənin ilk üçlüyündə yer alıblar.

Qeyd edək ki, Ukraynada keçirilən 62-ci “Eurovision” mahnı müsabiqəsində 42 ölkənin nümayəndələri iştirak edib. “Eurovision 2017” mahnı müsabiqəsinin final mərhələsində 26 ölkə təmsilçisi öz səhnə perfomanslarını nümayiş etdiriblər. Azərbaycan təmsilçisi Diana Hacıyeva səhnəyə 12-ci çıxaraq “Skeletons” mahnısını səsləndirib.

Beləliklə, “Eruovision 2018” yarışması Portuqaliyada baş tutacaq. (APA)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm