Tanınmış müğənnidən ŞOK SÖZLƏR: “Kişilər arvadıma bunu etsə, qürur duyaram” - VİDEO
Bizi izləyin

Magazin2

Tanınmış müğənnidən ŞOK SÖZLƏR: “Kişilər arvadıma bunu etsə, qürur duyaram” - VİDEO

Sinan Akcıl sevdiyi qadını qısqanmadığını deyən Sədar Ortaça söz atıb.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, mahnıları qədər özəl həyatı ilə də gündəmdən düşməyən Sərdar Ortaç ilə Sinan Akcıl “Yüzyılın aşkı” adlı mahnını duet oxuyub. Kamera qarşısına keçib müsahibə verən Sinan Akcıl Sərdar Ortaçın ailə həyatı haqqında bunları deyib: "Mən münasibətində bu qədər rahat adam görməmişəm. Sərdar Ortaç bütün qadınların arzuladığı anlayışlı ər xarakterinə sahibdir. Xloya haqqında da inanılmaz dərəcə rahatdır. İndi Xloyaya albom çıxartmağı düşünürük. Sərdardan icazə aldım. Həyat yoldaşının səsi çox gözəldir".

Serdar isə Sinanla razılaşmadığlnı dilə gətirib: “Yox canım, Sinan şişirdir, dediyi qədər rahat deyiləm".

Xatırladaq ki, Sərdar Ortaç 1 il əvvəl "Həyat Yoldaşım qısqancdır, amma mənimvecimə də deyil. Yan masadakı adam arvadıma “Nə gözəl ayaqları var” desə qürur duyaram. Çünki adam o ayaqlara ancaq baxmaqla kifayətlənir. Amma mən sahibiyəm, toxunaram" demişdi.

Ulduzun bu sözləri mətbuatda böyük səs-küyə səbəb olmuşdu.

Sərdarın həyat yoldaşı Xloya isə sosial şəbəkədə bölüşdüyü fotoları ilə gündəm yaradır. Yeri gəlmişkən onu da qeyd edək ki, müğənni ilə həyat yoldaşı arasında 20 il yaş fərqi var.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm