"Titanik" filmi ilə bağlı ŞOK İDDİA
Bizi izləyin

Magazin2

"Titanik" filmi ilə bağlı ŞOK İDDİA

Məşhur “Titanik” filminin plagiat olması ilə bağlı iddia irəli sürülüb.

Məşhur “Titanik” filminin plagiat olması ilə bağlı iddia irəli sürülüb.

Publika.az xəbər verir ki, ABŞ vətəndaşı Stiven Kamminqs rejissor Ceyms Kamerundan bunun üçün 300 milyon dollar məbləğində təzminat tələb edir.

Kamminqs iddia edir ki, o, “Titanik”dəki Cek Douson (Leonardo Di Kaprionun canlandırdığı) rolunu ondan oğurlayıb. Belə ki, adam 1988-ci ildə dostları ilə bu barədə danışırmış. Kamerun da həmin yerdəymiş və bu söhbəti eşidib, sonralar çəkdiyi filmə əlavə edib.

Rejissor iddia ilə bağlı hər hansı reaksiya verməyib. Ceyms Kamerunun filmləri ilə bağlı vaxtaşırı belə iddialar olunur. Bundan əvvəl “Avatar” filmi ilə də bağlı plagiatlıq iddiası irəli sürülmüş, amma təsdiqini tapmamışdı.

Şəfiqə ŞƏFA

Oxumağa davam et
Reklam
Reklam

Gündəm