Aslı Enver onu başqa qızlarla aldadan Murad Bozdan nələr dedi? - FOTOLAR
Bizi izləyin

Magazin2

Aslı Enver onu başqa qızlarla aldadan Murad Bozdan nələr dedi? - FOTOLAR

Tanınmış aktrisa Aslı Enver keçmiş sevgilisi müğənni Murad Bozla ayrılmasından danışıb.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, gecə restorandan çıxarkən görüntülənən aktrisa müxbirlərin Murad Bozla bağlı suallarına "Biz ayrıldıq. Aramızda dava-dalaş yoxdur. Baş verən hadisədən öncə ayrılmışdıq. Əhvalım yaxşıdır", - deyə cavab verib.

Yeri gəlmişkən, instaqramda bir-birini təqib etməyə davam edən Aslı Enverlə Murad Boz birlikdə çəkilmiş fotolarını hələ də silməyiblər.

Xatırladaq ki, 2 ilə yaxındır sevgili olan ulduzlar keçən ay ayrılmağa qərar verib. Onların ayrılıq səbəbi kimi Murad Bozun Bahar və Nihal Candan bacıları ilə birlikdə yaxın dostu Eser Yenenlerin evindəki partidə iştrak etməsi irəli sürülmüşdü.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm