Arda Turan keçmiş sevgilisini qardaşının villasına apardı - FOTO
Bizi izləyin

Magazin2

Arda Turan keçmiş sevgilisini qardaşının villasına apardı - FOTO

Futbol meydançalarının sevilən ulduzu Arda Turanla Aslıhan Doğan barışıb.

Publika.az xəbər verir ki, Barselona klubunun futbolçusu Arda Turan İstanbulda olduğu müddətdə tez-tez ayrıldığı deyilən sevgilisi ilə görüşməyə başlayıb. keçən ilin oktyabrında ayrılan cütlük dostları ilə birlikdə eyni masa ətrafında yemək yeyən zaman görüntülənib. Cütlük hoteldə təşkil olunan iftar yeməyində səmimi söhbət edib.

Daha sonra onlar Arda Turanın qardaşı Okan Turan üçün kirayələdiyi evə gedib. Cütlüyün birlikdə olması Okan Turan villasının eyvanından paylaşdığı videodan ortaya çıxıb.

Aslıhan Doğan isə sosial şəbəkədə paylaşdığı Boğaz mənzərəli şəklə "Heç bir üz sənin üzündən gözəl deyil" deyərək Arda Turana olan məhəbbətini ifadə edib.

Məlum olub ki, Ardanın qardaşı üçün kirayələdiyi evin bir aylıq qiyməti 180 min TL-dir (təxminən 90 min manat). Bundan başqa türkiyəli futbolçunun keçən il Bahçeköydə 5, 5 milyon dollara aldığı malikanəsini kirayə vermək istədiyi iddia olunub.

Xatırladaq ki, bu yaxınlarda Arda Turanın Türkan Şorayın qızı Yağmur Ünalla sevgili olduğu xəbərləri yayılmışdı.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm