• USD 1,7000 0,00% EUR 1,9396 0,00%
    • GBP 2,1676 0,00% RUB 0,0272 0,00%

Ulduzlar evindəki xidmət personalına 40 min dollar maaş verir

  • Magazin2
  • 5 İyun 2017 08:00
  • 1 507 Baxış
Ulduzlar evindəki xidmət personalına 40 min dollar maaş verir

Təmtəraqlı həyat yaşamaq hər kəsin arzusudur. Sirr deyil ki, zəngin həyatdan heç kim imtina etməz. Məşhurların dünyası məhz sizin arzu etdiyiniz şəkildədir. Onlar özlərinə xidmət edilməsini çox sevirlər. Hər zaman publikanın diqqət mərkəzində olan ulduzların evlərində gün ərzində onlara xidmət edən xüsusi uniformalı qulluqçular, sürücülər, keşikçilər, dayə, süpürgəçi və hətta aşpazlar belə var.

Məsələn, Rusiya şou-biznesinə boylansaq, əvvəllər xidmət personalında tamamilə fərqli insanlar yer alırdısa, artıq hər hansı bir ailəni işə götürmək daha sərfəli və uzunmüddətli olur. İşçi personalına 40 min dollar (67min AZN) məbləğində maaş ayıran ulduzun aylıq gəlirini siz təxmin edin.

Belə ki, artıq yeni dəb formalaşıb. Ulduzlar öz köməkçilərini ailə şəkilində seçirlər. Qadınlar ev işlərinə baxır və qarşılığında 70 min rubl (2000 AZN) maaş alır. Əgər evdə azyaşlı uşaq varsa, xidmətçinin qızı ona dayəlik edir.

Malikanənin geniş və baxıma ehtiyacı olan həyətyanı sahəsi varsa, bağbana ehtiyac var deməkdir. Bağbanın aylıq maaşı isə nə az, nə çox, düz 30 min rubl (890 AZN) təşkil edir.

Bu xidmətlərdən əlavə, məşhurlar ağız dadlarına uyğun yeməklər hazırlayan aşpazlara ehtiyac duyurlar. Belə olan halda aşpazın ilkin maaşı bir gün üçün 3000 rubl (90AZN) təşkil edir. Əgər aşpazın hər hansı mükafatı varsa və ya bu sektorda tanınmış simalardan biridirsə, bu halda qiymət 5-6 qat yüksək hesablanır.

İşçi personalından daha az yorularaq daha çox qazanc əldə edənlər isə keşikçilər (mühafizəçilər) olur. Onların aylıq əmək haqqısı 90 min rubl (2680 AZN) təşkil edir. Sürücülər isə ayda 80 min rubl (2380 AZN) maaş alır.

Dünya ulduzları öz xidmətçiləri ilə hər zaman xoş rəftar edirlər. Lakin sosial şəbəkələrdən şəxsi həyatı haqqında maraqlı hadisələri izləyiciləri ilə bölüşən ulduzlar yazır ki, xidmətçi seçərkən ehtiyatlı olmaq lazımdır. Onlar sizin xoş niyyətinizdən sui-istifadə edirlər.

Rusiyanın məşhur aktrisası Anastasiya Stoskaya deyir ki, uşağıma yalnız flippinli dayə axtarıram. Rus dilini bilməməsi daha yaxşıdır. Ona görə ki, rus dilini bilmədiyi üçün nə vaxtsa mənim evimin sirrini kənarda jurnalistlərə deyə bilməyəcək. İkincisi digər işçilərlə söhbət edib işləri ləngitməyəcək. Üçüncüsü övladım kiçik yaşlarından bir xarici dil öyrənmiş olacaq.

Sindi Krouford öz qulluqçusuna ən sevimli maşınını hədiyyə etmişdi.

Könül Cəfərli

loading...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR