• USD 1,7000 0,00% EUR 1,9396 0,00%
    • GBP 2,1676 0,00% RUB 0,0272 0,00%

Süni mayalanma ilə surroqat anadan uşaq sahibi olacaq

  • Magazin2
  • 6 İyun 2017 16:09
  • 853 Baxış
Süni mayalanma ilə surroqat anadan uşaq sahibi olacaq

Hakan Akkayanın övladlarını surroqat (daşıyıcı ana) ana dünyaya gətirəcək.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “İşte benim stilim” verilişində münsif kürsüsündə əyləşən modelyer Hakan Akkaya ata olmağa qərar verib. Modelyer müsahibəsində etiraf edib ki, bacısı ona surroqat ana tapmaqda kömək edib:

"Bacımın 2 uşağı var. Mənim də ata olmağım üçün daşıyıcı ana tapdı. Süni mayalanma ilə daşıyıcı anadan uşaq sahibi olmağa pis baxmıram. Digər əlaqələrə qarşıyam, çünki zamanla bitir".

16 ildir ki, aşiq ola bilmədiyini etiraf edən H.Akkaya həyatında özünü təkcə işinə həsr etdiyini söyləyib:

"Yolda gördüyüm hər kəsin yalnız paltarına və ona yaraşıb-yaraşmadığına baxıram. Psixoloqum artıq işimə bir az fasilə verməli olduğumu dedi. 16 ildir ki, həyatımda heç kim yoxdur və aşiq ola bilmirəm. İşimdən başqa heç nəyə vaxt ayırmıram. İşimlə yatıb, işimlə qalxıram".

loading...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR