Tarkan uğur formulunu açıqladı - FOTOLAR
Bizi izləyin

Magazin2

Tarkan uğur formulunu açıqladı - FOTOLAR

Müğənni Tarkan gənclərə öz uğur formulunun reseptini verib.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, dünən Camal Rəşid Rey konsert salonunda Memar Sinan Gözəl Sənətlər Məktəbinin təşkil etdiyi "İlin Memar Sinanları” mükafatlandırma gecəsi keçirilib.

Bir çox məşhurun iştirak etdiyi gecədə meqastar Tarkan "Şərəf” mükafatına layiq görülüb. O, çıxışında “Xəyallarınızın arxasınca gedin, əsla imtina etməyin və azla kifayətlənməyin. Hər zaman özünüz üçün daha artığını istəyin. Sənət yolunda bol şans və uğurlar arzulayıram. Hər zaman bir yerdəyik, dəstəkçinizəm. Sizi sevirəm", - deyərək gənclərə müraciət edib.

Səhnəyə jilet və günəş eynəyilə çıxan Gülşən sənətçi dostlarını təbrik etməyi unutmayıb.

"İşte Benim Stilim” yarışmasının münsif heyəti İvana Sərt, Hekayə Serter, Kamal Doğulu və Uğurkan Erezə də mükafatlar təqdim olunub.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm