Dəniz Seki ƏZABLI həbsxana həyatından danışdı - VİDEO
Bizi izləyin

Magazin2

Dəniz Seki ƏZABLI həbsxana həyatından danışdı - VİDEO

Dünən azadlığa buraxılan türkiyəli müğənni Dəniz Seki bu gün mətbuat konfransı keçirib.

Publika.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, ifaçı jurnalistlərlə görüşdə həbsxana həyatının çox çətin keçdiyini bildirib və onu dəstəkləyənlərə təşəkkür edib:

"Heç olmadığım və etmədiyim cinayətə görə mənə belə bir cəza verdilər. Həbsxanada qaldığım 3 il 2 ay mənim üçün çox maraqlı bir həyat təcrübəsi oldu”.

Çox təsirləndiyini və həyəcanlandığını deyən Seki göz yaşlarına boğulub:

“Söylənilməli çox söz var, amma güman edirəm ki, iki saniyə baxışlarımız belə nə demək istədiyimi izah edir. Sizdən bircə xahişim var. Haqqımda “Kökəlib, yorğun görünür” kimi sözlər yaza bilərsiniz, amma nə olar məni yandırmayın, daha canımı incitməyin. Bir az daha yumşaq dillə bəhs edin. Çünki bəzi şeylər canımı acıdır.

Evimə getmək istəyirəm. İtim üçün çox darıxdım. Sonra isə istirahət üçün başqa şəhərə getməyi planlaşdırırıq. Anam mənim üçün çox böyük narahatlıq keçirib. Onun üçün çox darıxmışdım. Hazırda hara gedəcəyəm məlum deyil, amma ölkəmdə olacağam.

Tezliklə toy olacaq, hələ ki tarixi bəlli deyil. Sanki bütün kainat mənim üçün çalışır. Ağaclar, çiçəklər, böcəklər və bütün insanlar mən xoşbəxt olum deyə məşğul olur. Gecə yata bilməmişəm. Yadırğamışam, amma xoşbəxtlikdən yata bilmədim".

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm