Tanınmış futbolçu əkiz atası oldu - FOTO
Bizi izləyin

Magazin2

Tanınmış futbolçu əkiz atası oldu - FOTO

Portuqaliyanın “SIC” telekanalı bildirib ki, Madridin "Real" klubunun hücumçusu Kristian Ronaldo əkiz atası olub.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, iddialara görə, cəmi bir neçə gün əvvəl surroqat ana futbolçu üçün əkiz: oğlan və qız dünyaya gətirib. Bunu mühakimə etmək çətindir, çünki K.Ronaldo bu barədə rəsmi açıqlama ilə çıxış etməyib. Lakin hələ martda şayiələr gəzməyə başlamışdı ki, Ronaldonun oğlunun qardaşları doğulacaq.

Xatırladaq ki, mayın sonunda futbolçu sevgilisi Corcina Rodrigezin hamilə olduğunu sosial şəbəkədə paylaşdığı foto ilə elan etmişdi. Bu yaxınlarda isə idmançının hamilə sevgilisi ilə oğlu birlikdə mövsümün ən məsuliyyətli oyunu - Çempionlar Liqasının finalında futbolçunu dəstəkləməyə gəlmişdi.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm