Dəbdəbəli ziyafət libasları ilə qırmızı xalçada göz qamaşdırdılar - FOTOLAR
Bizi izləyin

Magazin2

Dəbdəbəli ziyafət libasları ilə qırmızı xalçada göz qamaşdırdılar - FOTOLAR

Dünən Nyu-Yorkda “Tony Awards” mükafatlarının təqdim olunması mərasimi keçirilib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, “Brodver Oskarı” adlandırılan mükafatların təqdimatında sənətçilər Amerika teatrı sahəsində, o cümlədən musiqi teatrı sahəsində əldə edilən nailiyyətlərə görə mükafatlandırılıb.

Gecənin əsas ulduzları Sakrlett Yohanson, Uma Turman, Olivya Uayld, Krissi Teyqen, Anna Kendrik və başqaları olub.

Skarlett Yohanson gecə üçün yerə qədər uzanan, dərin yarığı olan ağ paltar seçib. Uma Turman əksinə, qara rəngə üstünlük verib. Ağ ilə qaranın təzadlı fonunda, həmkarlarından fərqli olaraq parlaq qırmızı rəngə üstünlük verən aktrisa Oliviya Uayld dekolte məsələsində səxavətli davranıb.

"Böyük şəhərdə seks" serialının aktrisası Sintiya Nikson "Balaca sarı göbələk" filmindəki roluna görə, artıq ikinci dəfə "Ən yaxşı aktrisa" kateqoriyasında mükafat alıb.

"Oslo" filmindəki roluna görə, Maykl Aronov “Ən yaxşı aktyor” mükafatına layiq görülüb.

Reyçel Cons isə "Əziz Evon Hansen" müzikldə oyuna görə, mükafat alıb.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm