Ərdoğanın iftar süfrəsinə Hülya Avşarın geyimi DAMĞA VURDU - FOTO/VİDEO
Bizi izləyin

Magazin2

Ərdoğanın iftar süfrəsinə Hülya Avşarın geyimi DAMĞA VURDU - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, dövlət başçısı Rəcəb Tayyib Ərdoğan dünən Tarabya köşkündə musiqi, kino və idman dünyasının bir çox tanınmış simalarını iftar süfrəsinə qonaq edib.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, məşhurların iştirak etdiyi dəvətdə ötən aylarda Erhan Çelikdən ayrılan Gülben Ergenin qatılmaması diqqətdən yayınmayıb. Məlum olub ki, prezident Ərdoğanın təşkil etdiyi iftar yeməyində hər il iştirak edən Gülben Ergen keçmiş əri ilə qarşılaşmamaq üçün builki iftar süfrəsinə qatılmayıb.

Xatırladaq ki, Gelben və Erhan cütlüyü prezidentin keçən ilki qonaqlığına birlikdə gəlmişdilər.

Gülbenin yerinə isə iftar yeməklərinə 3 ildir çağırılmayan Hülya Avşar qatılıb. İftar qonaqlığında çiyni açıq paltarla iştirak edən Hülya Avşar gecənin ən cəsur məşhuru olub. Televiziya ulduzundan fərqli olaraq digər məşhurlar daha qapalı geyimlərə üstünlük verib.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm