Magazin2
Çinin zəngin qızlarının TƏSƏVVÜREDİLMƏZ HƏYATI - FOTOLAR
Xüsusi təyyarələrdə, yaxta və lüks avtomobillərdə gəzən Honkonqun zəngin övladlarının dəbdəbəli həyatı son günlərdə instaqramda diqqət çəkən əsas mövzularından biri olub.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, "Rich Kids of Honq Konq" (Honq Konqun zəngin uşaqları) səhifəsində lüks villalarda və hotellərdə yağ-bal içində yaşayan gənclərin həyatı ilə bağlı maraqlı kadrlar payalaşılıb. Honkonqun zəngin övladlarının şəkillərinin paylaşıldığı yeni İnstaqram hesabı qısa müddətdə böyük izləyici auditoriyası toplayıb.
Yeri gəlmişkən qeyd edək ki, Honkonq Çinin xüsusi statusu olan bölgəsidir. Honkonq dünyada ən yüksək həyat şəraitinə malik ölkə kimi seçilir. Ölkədə adambaşına düşən milli gəlir 90 min 856 dollardır. Bu göstərici ilə Honkonq Böyük Britaniya, Fransa, Almaniya, İsveç, Danimarka, İtaliya və Yaponiyanı qabaqlayır. Ölkədə ümumdaxili məhsul 253 milyard dollar təşkil edir. Asiyanın insanı özünə valeh edən və həyat səviyyəsinə görə dünyada öncül olan, elm, mədəniyyət və maliyyə mərkəzlərindən biri də Honkonqdur. Uzun illər ingilislərin protektoratı altında olan və yalnız ötən əsrin sonlarında Çinə birləşdirilib. Amma Londonla Pekin arasında əldə edilən razılığa əsasən, 2047-ci ilə kimi Honkonq xüsusi idarəetmə ərazisi kimi qalmaqda davam edəcək.
Aytən
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!