Rus gözəlçədən Buraka Fahriye Evceni dəli edən mesaj: “Çox gözəl bədənin var” - - FOTO
Bizi izləyin

Magazin2

Rus gözəlçədən Buraka Fahriye Evceni dəli edən mesaj: “Çox gözəl bədənin var” - - FOTO

Rusiyalı model Viktoriya Bonyanın türkiyəli aktyor Burak Özçivitə aşiq olması yenidən gündəmə gəlib.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bir neçə həftə öncə Burakın instaqramda paylaşdığı fotoya “Yaraşıqlı” yazan model indi də aktyora "Adamın çox gözəl bədənə sahibsən” rəyini yazıb.

Qeyd edək ki, Rusiyanın “Dom 2” telelayihəsi sayəsində populyarlaşan Viktoriya Bonya Monako milyonçusu Aleks Smerfitlə 7 illik vətəndaş nikahında yaşayıb. Cütlüyün bu nikahdan 5 yaşlı bir qızı var. V.Bonyanın milyoner ərindən ayrıldıqdan sonra Los-Ancelesə köçdüyü və orada başqa bir kişi ilə yaşadığı deyilir.

Xatırladaq ki, İranın ən gözəl modeli kimi tanınan Mahlaqha Jaberinin də Burakı sevdiyini yazması gündəm yaratmış, hətta bu hadisənin Fahriye Evcenin nişanlısı Burakı qısqanmasına səbəb olduğu deyilirdi.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm