Acunun özündən 20 yaş kiçik sevgilisi dekoltesi ilə heyran etdi - FOTO
Bizi izləyin

Magazin2

Acunun özündən 20 yaş kiçik sevgilisi dekoltesi ilə heyran etdi - FOTO

TV 8 kanalının rəhbəri Acun Ilıcalının sevgilisi Şeyma Subaşı həyatının ən özəl anını sosial şəbəkədə paylaşıb.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sentyabrda toya hazırlaşan Şeyma gəlinlik seçimləri arasında qalıb. Yaxın dostları ilə birlikdə bəyəndiyi gəlinliklərin şəkillərini instaqramda paylaşıb. O, paylaşdığı fotolara “Həyatımın ən gözəl anı, amma özümü yorğun hiss edirəm”, - deyə qeyd edib.

Tanınmış aparıcının 28 yaşlı sevgilisinin dərin arxa dekolteli gəlinliyi xüsusi diqqət çəkib. Yeri gəlmişkən qeyd edək ki, Ş.Subaşı müsahibəsində Acunun sinə dekoltesini sevmədiyini etiraf etmişdi.

Xatırladaq ki, 48 yaşlı aparıcı və prodüser iki dəfə rəsmi nikahda olub. Onun ilk nikahından bir, ikinci nikahından 2 qızı var. Şeyma Subaşı ilə olan qeyri-rəsmi nikahından da daha bir qızı dünyaya gəlib.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm