Özündən 39 yaş kiçik qızla sevgili olan milyarderə 3 milyon manatlıq hədiyyə - FOTO
Bizi izləyin

Magazin2

Özündən 39 yaş kiçik qızla sevgili olan milyarderə 3 milyon manatlıq hədiyyə - FOTO

Sevgilisi ilə aralarında 39 il yaş fərqi var.

Bahalı avtomobil kolleksiyası olan milyarder Əli Ağaoğluna dəyəri bahalı maşın hədiyyə ediblər.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, türkiyəli iş adamının oğlu Əlican, qızı Sena və kürəkəni Koray Kırcal dünənki atalar günü münasibəti ilə Əli Ağaoğluna qiyməti 1,5 milyon avro olan (təxminən 3 milyon manat) "Rolls Royce" alıb.

Avtomobil 6 ay əvvəl Londonda sifariş verilib. Əli Ağaoğlu açıqlamasında "Uşaqlarım birləşib mənə xəyalını qurduğum gözəl hədiyyə alıb”, - deyə bildirib.

Əli Ağaoğlunun 1 ildir birlikdə olduğu sevgilisi Duyğu Su Gülpınar isə iş adamının 10 lüks avtomobilini istədiyi vaxt istifadə edir. Xüsusilə dəyəri 1 milyon TL (təxminən 500 min manat) olan “Lamborghini Gallardo Supperleggera” markalı maşın balerinanın favoritidir.

Xatırladaq ki, Əli Ağaoğlunun sevgilisi ilə aralarında 39 yaş fərqi var.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm