Burak Özçivitlə Fahriye Evcenin toyunda nələr baş verdi? - FOTO/VİDEO
Bizi izləyin

Magazin2

Burak Özçivitlə Fahriye Evcenin toyunda nələr baş verdi? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi dünən Burak Özçivitlə Fahriye Evcenin toyu olub.

Publika.az xəbər verir ki, mərasim bir çox hadisələrlə yadda qalıb. Xüsusilə 31 yaşlı aktrisanın 3 dəfə gəlinlik dəyişməsi sosial şəbəkədə böyük müzakirələrə səbəb olub. Fahriye Evcenin toyunda küsülü olduğu həmkarı 25 yaşlı Neslihan Atagülün gəlinliyi ilə çox oxşar olması diqqət çəkib. Moda mütəxəssisləri Fahriyeni Neslihanın keçən il toyunda geyindiyi gəlinliyin oxşarını seçməkdə günahlandırıb.

Yeri gəlmişkən onu da qeyd edək ki, Fahriye Evcenin toyda birinci geydiyi paltarını Türkiyənin məşhur modelyeri Raşit Bağzıbağlı xüsusi sifarişlə hazırlayıb.

Daha sonra isə Fahriye Evcenlə Burak Özçivitin Beyonsun "Crazy love" mahnısında romantik rəqsi maraqla qarşılanıb. F.Evcen bu mahnıda oynamaq üçün başqa gəlinlik geyinib.

Toyun sonuna yaxn isə kino və serial ulduzu dar gəlinliklərini daha rahat paltarla dəyişib.

Məşhur cütlüyün toyunda baş verən maraqlı anları təqdim edirik.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm