Tuba Büyüküstünün sevgilisinə 15 illik HƏBS CƏZASI
Bizi izləyin

Magazin2

Tuba Büyüküstünün sevgilisinə 15 illik HƏBS CƏZASI

Aktrisa Tuba Büyüküstün ilə sevgili olan iş adamı Ümid Evirgen onların şəklini çəkən jurnalistin fotoaparıtını əlindən silahla aldığı üçün 15 il həbs oluna bilər.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ümid Evirgen və iki mühafizəçisinə "Yol kəsmək, birdən çox adamla silahlı soyğun" cinayətindən ittiham aktı həyata keçirilib. İddianamədə Ümid Evirgen və iki mühafizəçisi 10 ildən 15 ilə qədər həbs olunması tələb olunub. İttihamnamə İstanbul Ağır Cəza Məhkəməsinə göndərilib.

Xatırladaq ki, əkiz uşaq anası olan 35 yaşlı Tuba Büyüküstün 6 illik həyat yoldaşı Onur Saylaktan 5 iyunda boşanıb. Aktrisa rəsmi qaydada boşandıqdan sonra gənc iş adamı Ümid Evirgenlə görüşməyə başlayıb. Cütlük iki həftə əvvəl “La Boom” qarşısında ilk dəfə birlikdə görüntülənib. Ancaq Ümid Evirgen paparatsilərin onları çəkdiyini görən kimi iki mühafizəçisi ilə onlara hücum çəkib, silahla hədə-qorxu gələrək kamerasını əlindən alıb. Müxbir hadisədən sonra Sarıyerdəki polisə gedərək Evirgendən şikayət edib. Jurnalistin sözlərinə görə, mühafizə dəstəsi əvvəlcə avtomobilin qarşısını kəsib, daha sonra isə onu silahla qorxudub.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm