Ərəb şeyxindən ingilislərə BÖYÜK JEST
Bizi izləyin

Magazin2

Ərəb şeyxindən ingilislərə BÖYÜK JEST

Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və baş naziri şeyx Məhəmməd bin Rəşid Əl-Məktum ingilis kəndinin sakinləri üçün baxımsız vəziyyətdə olan kilsə alıb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Qodolfin Kross kəndinin sakinləri kilsənin alınması üçün lazım olan 117 min dolları toplaya bilməyiblər və buna görə ərəb şeyxinə müraciət ediblər. Məlum olub ki, kənd sakinlərinin qəsəbəsi ilə Dubayda “Godolphin Racing” atçılıq qəsəbəsinin adı ilə üst-üstə düşüb.

Bir müddət sonra kəndin ictimai şura sədri Riçard Makki məktubla bağlı sakinlərə xoş xəbər verib. O bildirib ki, şeyx Məhəmməd bin Rəşid Əl-Məktum yerli sakinlərə yardım barədə onların xahişinə cavab yazıb və lazımi məbləği ödəyib.

İndi kənd şurası kilsəni təmir edərək onu ictimai mərkəzə çevirməyi planlaşdırır. Təmir üçün 390 min dollar lazımdır. Yerli sakinlər təmiri ianə toplamaqla etməyi planlaşdırır.

Sakinlər şeyxə minnətdarlıq əlaməti olaraq ona Kross Qodolfin kəndinə səfər etməsi üçün dəvət göndərib: "Biz ərəb şeyxinə təşəkkür edirik, onu bizim qəsəbədə görməyə çox şad olardıq. Onu mehribanlıqla qəbul etməyə söz veririk".

Qeyd etmək lazımdır ki, “Godolphin Racing” baş nazirə məxsusdur. Oradakı “Darley Stud” at ferması təmiz cins atların yetişdirilməsi üzrə dünyada ən iri fermalardan biridir. Şeyx həmçinin cıdır üzrə Dubay Dünya kubokunun təşkilatçısı və qurucusudur.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm