Türkiyədə milyonlar qazanan məşhur: "Anam mənə türk kişilərindən uzaq dur deyib” - - FOTO
Bizi izləyin

Magazin2

Türkiyədə milyonlar qazanan məşhur: "Anam mənə türk kişilərindən uzaq dur deyib” - - FOTO

Məryəm Uzerlinin varlı iş adamı ilə görüşdüyü iddia olunub.

Publika.az Türkiyə mtəbuatına istinadən xəbər verir ki, aktrisa bir neçə gün əvvəl məşhur gecə klubunda iş adamı Erdinç Varlıbaş ilə səhərə qədər qucaqlaşaraq rəqs edib.

Xatırladaq ki, 2013-cü ildə qızının atası Can Ateş ilə ayrıldıqdan sonra Məryəm Uzerli məşhur iş adamı Alp Özcanla sevgili olmuşdu.

Əslən alman olan kino ulduzu bu ayrılıqdan sonra ananının ona türk kişiləri ilə görüşməyi qadağan etdiyini açıqlamışdı:

"Anam mənə “Türk kişilərindən uzaq dur, onlar səni incidirlər” ,- deyə nəsihət verir. Haqlıdır, eşqdən canım çox yanıb".

Məryəm Uzerli Türkiyədə "Möhtəşəm 100 il" serialından sonra dünyanın bir çox ölkələrində tanınmağa başlayıb. O, bu serialdan çox yüksək qonorar qazanıb.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm