Daha bir münsif “O Səs Türkiyə”dən AYRILDI - SƏBƏB
Bizi izləyin

Magazin2

Daha bir münsif “O Səs Türkiyə”dən AYRILDI - SƏBƏB

Sibel Can “O Səs Türkiyə” mahnı müsabiqəsində münsiflikdən ayrılıb.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, keçən il Sibel Can, Hadisə, Murad Boz, Gökhan və Hakan qardaşların jüri üzvü olduğu “O Səs Türkiyə” mahnı müsabiqəsi bu il tam başqa heyətlə qarşımıza çıxacaq. Məlum olub ki, Sibel Can illər sonra “Sevdanın bahçeleri” adlı serialda çəkilməyə hazırlaşır. Bu səbəbdən də müsabiqədə iştirakını davam etdirə bilməyəcək. O, bu barədə mətbuata açıq məktub ünvanlayıb:

"TV8 kanalında Türkiyənin ən gözəl səslərinin seçildiyi “O Səs Türkiyə” proqramının münsiflər heyətlərindən biri olmaq həyəcanını mənə yaşadan, başda sevgili Acun Ilıcalı olmaq üzrə bütün münsif dostlarım: Hadisə, Murad Boz, Gökhan və Hakan, Tarık Sezer və onun möhtəşəm orkestrinə sonsuz təşəkkürümü bildirirəm. Yeni yayım dönəmində proqramın münsif kürsüsündə əyləşməyə hazırlşan, Türkiyənin, hamımızın ulduzu çox sevdiyim, Yıldız Tilbeye indidən uğurlar arzu edirəm”.

Məlumat üçün bildirək ki, “O Səs Türkiyə”dən ayrılan 46 yaşlı Sibel Can 2002-ci ildə "Berivan" serialında tərəf müqabili Emre Kınay ilə eyni layihədə olacaq.

Sibel Canın baş rolda çəkiləcəyi “Sevdanın Bahçeleri” adlı serial eyni məhəllədə yaşayan və böyük eşq yaşayan iki gəncin illər qarşılaşmasından bəhs edir.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm