Roman Abramoviç üçüncü arvadından ayrılır – FOTOLAR
Bizi izləyin

Magazin2

Roman Abramoviç üçüncü arvadından ayrılır – FOTOLAR

Rusiyalı milyarder, İngiltərənin “Çelsi” klubunun sahibi, “Sibneftin” eks-sahibi Roman Abramoviç xanımı Darya Jukovadan ayrılır.

Publika.az xəbər verir ki, bu haqda “Ragesix” nəşri cütlüyün birgə bəyanatına istinadən yazıb.

“On il birgə həyatdan sonra biz ayrılmaq barədə çətin qərar qəbul etdik. Amma biz əvvəlki kimi birgə layihələrdə yaxın dost, valideyn və partnyor olaraq qalırıq. Biz iki uşağımızı birgə tərbiyə etmək niyyətindəyik”, - onların birgə bəyanatında deyilir.

Bu, Roman Abramoviçin üçüncü nikahı idi.

“Qaraj” Müasir İncəsənət Muzeyinin rəhbəri Darya Abramoviç ilə 2005-ci ildə Barselonada tanış olub. Jukova imkanlı ailədə doğulub, Londonda yaşayıb, bəzi şayiələrə görə tennisist Marat Safin ilə sevgili olub, lakin Abramoviçlə münasibətlər ona daha çox populyarlıq gətirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm