“Yaşılcam”ın əfsanəsi vəfat etdi
Bizi izləyin

Magazin2

“Yaşılcam”ın əfsanəsi vəfat etdi

Kamal Sunal başda olmaqla, Türkiyənin bir çox əfsanə aktyorları ilə birlikdə rol alan məşhur aktyor Seyfəddin Qaradayı vəfat edib.

Publika.az xəbər verir ki, bu barədə müğənni Onur Akay instaqram hesabından paylaşım edib:

“O, “Yaşılcam”ın yaşayan ən yaşlı adamı idi. Kamal Sunalla 12 filmdə birlikdə çəkilmişdi. 750 filmdə rol alan usta Seyfəddin Qaradayı 94 yaşında vəfat etdi. “Artıq vida etmək üzrəyəm. Mahsun Kırmızıgülün “Ağ Mələk” filmində bütün yaşlı aktyorlar oynayıb. Mən də çox istədim o filmdə oynamaq” demişdi ən son. Məkanı cənnət olsun”.

Qeyd edək ki, Seyfəddin Qaradayı 1923-cü ildə İstanbulda dünyaya gəlib. Uzun illər hərbi sahədə xidmət etdikdəın sonra 49 yaşında təqaüdə çıxıb.

Onun aktyorluq sənətinə gəlməsi təsadüf nəticəsində baş verib. Belə ki, “Mətin Film” kinostudiyasının sahibi Toraman İşık iflas etmək üzərəykən Seyfəddinə müraciət edib. Toraman Spartada çəkiləcək film üçün maliyyə dəstəyi istəyib və Seyfəddin bu istəyi qəbul edib. Filmdə keşiş rolunu oyanayan aktyor çəkilişə gəlmədiyindən onun yerinə Seyfəddin Qaradayı rolu canlandırmalı olub. Seyfəddinin aktyorluq kariyerası bu filmdən sonra başlayıb.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm