23 illik eşq xəyanətlə bitdi - - FOTO
Bizi izləyin

Magazin2

23 illik eşq xəyanətlə bitdi - - FOTO

Candan Erçetin və onun həyatı yoldaşı, rejissor Hakan Karahan 23 illik evliliklərini bitirməyə qərar veriblər.

Publika.az xəbər verir ki, cütlüyün münasibətləri xəyanət səbəbilə bitib.

Şəxsi həyatlarını hər zaman gözlərdən uzaq yaşamağı üstün tutan cütlük iki ay öncə səssiz-sədasız şəkildə ayrılıb.

Türkiyə mediasında yer alan xəbərlərə görə, Hakan Karahan ayrılıqdan dərhal sonra həyat yoldaşına xəyanət etdiyi Elif Kıramera adlı qadınla münasibətə başlayıb.

Məsələ ilə bağlı açıqlama verən Elif Kıramer isə münasibətləri haqqında bunları deyib:

“Hakan mənim dostumdur. Hazırda görüşürük. Bundan sonra da görüşməyə davam edəcəyik. İkimiz haqqında hər hansı bir şey demək istəmirəm”.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm