Küçələrdə, avtobus dayanacaqlarında, çadırlarda yaşamış MƏŞHURLAR
Bizi izləyin

Magazin2

Küçələrdə, avtobus dayanacaqlarında, çadırlarda yaşamış MƏŞHURLAR

Bu gün Hollivudda milyonlarla dollar qazanan məşhur simalardan bir çoxunun keçmişdə başını salacaq bir evi belə olmadığını bilirdinizmi?

Publika.az vaxtikən evi olmayan həmin məşhurlardan bir neçəsini təqdim edir.

Cennifer Lopez

18 yaşı olarkən rəqqasə olmağı xəyal edən dünyaca məşhur müğənni Cennifer Lopez onu universitetə göndərən anasını dinləməyib və evdən ayrılıb.

Bir rəqs studiyasında qeydiyyatdan keçərək məqşlərə başlayan Lopez bir müddət elə həmin studiyadakı divanda yatıb.

Hazırda milyonların sahibi olan Cennifer həmin xatirələri haqqında danışarkən “bəli, evsiz qaldım, amma anama bunu etməyim lazım olduğunu göstərməli idim” deyib.

Cim Kerri

Ustad aktyor Cim Kerri vaxtikən oxuduğu liseydən atılıb. Məktəbi tərk etdikdən sonra ailəsi ilə birlikdə bir avtobusda yaşamağa başlayıb.

Məşhur aktyor daha sonra böyük bacısının evinin bağçasında çadır qurub və orada həyatına davam edib.

Ceyms Kamerun

Məşhur rejissor Ceyms Kamerun “Terminator” filminin ssenarisini yazdığı müddətdə evi olmadığı üçün maşınında yaşayıb.

Filmi lentə ala bilmək üçün bir çox studiya ilə görüşən rejissor ssenarisini ən son görüşdüyü Qale Anna Hurda 1 dollara satıb.

Bu, 1 dollarlıq ssenari bütün dünyada böyük şöhrət qazanıb və 77 milyon dollar gəlir gətirib. Bununla da, Kamerun öz şöhrətinə qovuşub.

Kurt Kobeyn

“Metallica” qrupunun məşhur solisti Kurt Kobeyn “Nirvana” mahnısı ilə məşhur olmazdan əvvəl bir köpünün altında yaşayıb. Daha sonra xəstəxanaların gözləmə otaqlarına köçüb.

Gəncliyi ehtiyac içində keçən müğənni məşhur olduqdan qısa müddət sonra, 27 yaşında vəfat edib.

Silvester Stallone

Məşhur aktyor bir zamanlar evinin kirayəsini ödəyə bilmədiyi üçün yaşadığı mənzildən qovulub.

Gedəcək başqa yeri olmadığı üçün 3 həftə avtobus dayanacağında yaşayıb.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm